Futbol azarkeşlərini cilovlamağın yolu tapılıb
28.08.2010 - 16:14
Futbol azarkeşlərini cilovlamağın yolu tapılıb
Yeni mövsümdə İtaliyada futbol azarkeşlərinə xüsusi “pasport” veriləcək. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, azarkeşlərə belə “pasport”lar verilməsində məqsəd stadionda təhlükəsizliyi daha yüksək səviyyədə təmin etmək, aqressiv fanatlar arasında toqquşmanı aradan qaldırmaqdır.

Kart şəklində olacaq bu sənədi futbol həvəskarları stadiona girərkən, eyni zamanda bilet alarkən göstərməlidirlər. Əgər futbol həvəskarı futbol oyunu zamanı stadionda hansısa olayda iştirak edibsə, bu barədə məlumat onun kartında qeyd olunacaq. Belə azarkeşlərə bilet satışında məhdudiyyələr tətbiq olunacaq, növbəti belə hərəkəti təkrarlarsa, ona bilet satılmayacaq.