“Fənərbaxça” “Everton”dan futbolçu icarəyə götürdü
01.09.2010 - 10:25
“Fənərbaxça” “Everton”dan futbolçu icarəyə götürdü
Avropada “transfer pəncərəsi”nin bağlanmasından maksimum istifadə edən “Fənərbaxça” “Everton”dan futbolçu alıb. Apasport.az saytının məlumatına görə, təcrübəli nigeriyalı müdafiəçi Cozef Yobo karyerasını İstanbul təmsilçisində davam etdirəcək.

Son mundilada yığmasının heyətində yer alan 30 yaşlı Yobo “Fənərbaxça”da cari mövsümün sonuna kimi icarə əsasında oynayacaq. Bundan sonra türklər onu almaq hüququna malik olacaq. Cozefin transferi 5 milyon funt sterlinq təşkil edir.