Azərbaycanla oyundan öncə 15 dəqiqə açıq məşq
01.09.2010 - 11:33
Azərbaycanla oyundan öncə 15 dəqiqə açıq məşq
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Köln şəhərindəki “Raynenerqiştadium”da Azərbaycanla qarşılaşacaq Almaniya milli komandasının mətbuat üçün açıq məşqinin vaxtı müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, oyundan 1 gün öncə saat 18:00-da baş məşqçi Yoahim Löv son hazırlığın ilk 15 dəqiqəsini KİV nümayəndələri üçün açıq elan edib.

Sentyabrın 3-də isə Belçika ilə qüvvəsini sınayacaq Bundestimin çalışdırıcısı bu gün Almaniyada mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, Almaniyada Azərbaycan yığmasının mətbuat üçün açıq məşqi sentyabrın 5-də baş tutacaq.