Rəşad Sadıqovla bağlı növbəti xəta
02.09.2010 - 09:36
“Əskişəhərspor” rəhbərliyi yeni transferi Rəşad Sadıqovla bağlı yanlışlığa yol veriblər. Apasport.az saytının məlumatına görə, Superliqa təmsilçisinin vitse-prezident Nihat Çuhadar mətbuat katibi Erdal Şahbazla birgə “Atatürk” stadionunda keçirdiyi mətbuat konfransında həmyerlimizin adını səhv salıb: “Cümə günü Boluda təlim-məşq toplanışına başlayacağıq. Burada “Boluspor”la hazırlıq oyunu keçirəcəyik. Komandamıza Azərbaycan
yığmasının futbolçusu Fərhad Sadıqovu transfer etdik. Yeni oyunçumuz türkcə bilir. O, əcnəbi futbolçu kontingentinə daxil deyil”.
Əslində, Fərhad Rəşadın atasının adıdır və beynəlxalq miqyasda adı çəkilir. Sadıqovun yığmamızda və “Qarabağ”dakı komanda yoldaşı Rəşad Sadiqovla soyadları eyni göstərildiyindən, onları səhv salmamaq üçün atalarının adları qeyd olunur. Yəni, Sadıqov Fərhad, Sadiqov Əbülfəz oğlu kimi tanınır.
Bu, türklərin Rəşadın “Əskişəhərspor”a keçidinin sonra onunla bağlı ilk xətası deyil. Türk həmkarlarımız Sadıqovun yaşını 28 yox, 25 kimi göstərmişdi.

0
0