Azərbaycanlı futbolçu Pele ilə oynayacaq
02.09.2010 - 10:20
Azərbaycanlı futbolçu Pele ilə oynayacaq
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqova tanınmış türkiyəli futbolçu Ümit Karanla birgə oynamaq qismət olmadı. Apasport.az saytının məlumatına görə, “Əskişəhərspor” “Qalatasaray”da çıxışı ilə tanınan təcrübəli hücumçu ilə yollarını ayırdığını rəsmən açıqlayıb.

Klubun vitse-prezidenti Nihat Çuhadar Sadıqovu transfer etdiklərini bəyan etməklə yanaşı, hücumçular – Ümit və istedadlı Batuhanın taleyi ilə bağlı türk həmkarlarımızın suallarını cavablandırıb: “Batuhanla bağlı çətinliyimiz yoxdur. Özlüyündə kifayət qədər yaxşı oğlandır. Gənc futbolçu Əskişəhər tərəfdarlarını da çox sevir. Onlarla problem yaşamaq istəmir. Ümit Karan dəftəri isə bu gün bağlanır. Onunla yollarımızı bu gün ayırırıq”.

“Əskişəhərspor”un kapitanı da olan Karan getsə də, Pele Rəşadın komanda yoldaşı olaraq qalır. Bəli, braziliyalı “futbol kralı”nın adaşı Superliqada oynasa da, heç də yaxşı mənada fərqlənmir. Belə ki, “Əskişəhərspor”un rəhbərliyi Peleni son turda “Qalatasaray”a evdə 1:3 hesabı ilə uduzduqları oyundan öncə etdikləri xoşagəlməz hərəkətlərinə görə pul cəzası verəcək.