“Oruc tutub meydana çıxanda, hansısa problemlə üzləşmirəm”
02.09.2010 - 11:36
“Mövsümün əvvəlindən zədəliyəm. İlk 3 turda meydana iynə gücünə çıxmışdım”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun futbolçusu Aqil Nəbiyev deyib.
Unibank Premyer Liqasının IV turunda “Xəzər Lənkəran”la oyununda meydana çıxmayan Nəbiyevin adı ümumiyyətlə, matçın protokoluna da daxil edilməmişdi. Bunun səbəbi isə müdafiəçinin zədəli olması ilə bağlıdır: “Son qarşılaşmada artıq oynaya bilməyəcəyimi gördüm. Hazırda müalicəm davam edir. Komanda bu gün məşqləri bərpa edəcək. Mən isə sabahdan kollektiv çalışmalara qoşulacam”.
II tur çərçivəsində “Turan”la keçirilən görüşdən sonra saytımıza açıqlama verən AZAL-ın prezidenti Vaqif Qasımov futbolçuların oruc tutmasından narazı qaldığını və buna görə klubda bəzi şəxsləri cəzalandıracağını bildirmişdi. Ancaq 28 yaşlı futbolçu bununla bağlı heç bir cəzanın tətbiq edilmədiyini, oruc tutmağın futbolçular üçün elə də problem yaratmadığını vurğulayıb: “Mən də oruc tuturam. Amma oyundan bir gün əvvəl orucumu pozuram. Etiraf edim ki, oruc saxlayıb məşqə çıxan zaman heç bir problemlə üzləşmirəm. Özümü normal hiss edirəm”.

0
0