“Sayt açmaq yox, Azərbaycan yığmasını məğlub etməyi düşünürəm”
02.09.2010 - 12:04
“Sayt açmaq yox, Azərbaycan yığmasını məğlub etməyi düşünürəm”
“Özümə internet saytı açmaq haqda düşünmürəm. Hazırda bu mənim üçün prioritet mövzu deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının futbolçusu Tomas Müller deyib.

Dünya çempionatının final mərhələsinin ən yaxşı bombardiri kimi “Qızıl buts” mükafatına sahib çıxan 21 yaşlı hücumçu Bundestimin nadir oyunçularındandır ki, şəxsi saytı yoxdur.

Lakin Müller saytını deyil, Azərbaycan milli komandasını düşünür: “Məni daha çox qarşıdakı oyunlar düşündürür. Sentyabrın 3-də Belçika, 4 gün sonra isə Azərbaycan yığmaları ilə oyunlara köklənmişəm. Bu oyunlardakı qələbə daha vacibdir”.

Qeyd edək ki, Müller “Bavariya” klubunun şərəfini qoruyur.