Ronaldonu aparan avtobus qadın azarkeşi öldürdü
02.09.2010 - 12:52
Ronaldonu aparan avtobus qadın azarkeşi öldürdü
Braziliyanın “Korintians” klubunun qadın azarkeşi Amanda Ferras Qeremias faciəli şəkildə həlak olub. Apasport.az saytının məlumatına görə, 21 yaşlı xanım klubun futbolçularını San-Pauluda aparan avtobusun təkərləri altında qalıb. İnsident “Korintians”ın 100 illik yubileyini qeyd edən zamanı baş verib. Polisin verdiyi məlumata görə, Amanda futbolçuları daha yaxından görmək üçün yaxınlıqdan gedən avtobusa yaxınlaşıb və ayağı sürüşərək, arxa təkərin altına düşüb. O, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. “Korintians”ın prezidenti Andres Sançes qızın ailəsinə dəstək olmaq üçün hər şeyi edəcəyini bildirib: “Bu, komandamız üçün böyük faciədir”.

Qeyd edək ki, məşhur braziliyalı futbolçular, dünya çempionları Ronaldo və Roberto Karlosun da oynadığı “Korintians”ın yubileyini qeyd etmək üçün küçələrə 100 minə yaxın azarkeş çıxıb.