Rəhman Hacıyevin “Altay”a keçidi baş tutmadı
02.09.2010 - 13:18
Azərbaycan yığmasının futbolçusu Rəhman Hacıyevin “Altay” klubuna keçidi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, Bank Asiya I Liqa təmsilçisi “Bakı”dan transfer etdiyi 17 yaşlı yarımmüdafiəçi ilə yollarını ayırmaq məcburiyyətində qalıb. Halbuki, türk komandasının prezidenti Ahmet Taşpınar iyulun 4-də ölkəmizə gələrək, gənc istedadın keçidi ilə bağlı 3 illik anlaşmanı razılaşdırmışdı.
Rəhmanın hələ 18 yaşı tamam olmadığı üçün atası Rəhim Hacıyev sənədləşmə məsələləri üçün İzmirə dəvət olunmuşdu. Onun Türkiyə konsulluğundakı problemin həlli ilə bağlı 15 gündən artıq davam edən səyləri nəticə verməyib. Avqustun 2-də konsulluqdan lazım olan sənədləri alan Hacıyev işçi vizası üçün Əmək və Sosial Müdafiə Nazirliyinin Miqrasiya İdarəsinə rəsmi müraciət edib. Bu sənəd yalnız “transfer pəncərəsi”nin son günündə verilib və Türkiyə Futbol Federasiyası Rəhmanın sənədini vaxtında FİFA-ya çatdıra bilməyib.
Bundan sonra “Bakı” ilə danışan türkiyəlilər onları məsələdən agah edib. Gənc oyunçunun vətənə qayıdacağı bildirilir.

0
0