Berti Foqtsun start heyəti
02.09.2010 - 13:34
Avro-2012-nin seçmə mərhələsinin Almaniya ilə sentyabrın 7-də keçiriləcək yoldaşlıq oyununa elə bu ölkədə hazırlaşan Azərbaycan millisi dünən “SV Rust” klubu ilə görüşüb. Apasport.az saytının xəbərinə görə, Berti Foqtsun bu matçda güvəndiyi start heyəti məlum olub.
Komandamızın 4:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada almaniyalı mütəxəssis əsasən ikinci heyət oyunçularına güvənib: Səlahət Ağayev, Rail Məlikov (k), Saşa Yunisoğlu, Vurğun Hüseynov, Samir Abasov, Rəşad Sadiqov, Amit Quluzadə, Rahid Əmirquliyev, Araz Abdullayev, Fabio Luis Ramim, Vaqif Cavadov.
Alman futbolunun əfsanəsi olan Foqtsun vətəninə getməyinə biganə qalmayan yerli mətbuat da millimizin matçı zəif heyətlə başlamasına göz yummayıb: “SV Rust”u dağıdan Azərbaycan yığması ilk hissədən üstünlüyü ələ almışdı. Meydanda sentyabrın 7-də əsas heyətdə çıxacaq futbolçular yox idi. Yalnız müqavilə ilə Hollandiya çempionu “Tvente”yə məxsus Vaqif Cavadov ilk “11-lik”də idi. Aşkar üstünlüyə malik qafqazlılar sanki yetişmiş məhsul kimi “SV Rust”un qapısı ağzına tökülüşmüşdülər. Arabir partlayışla müşayiət olunan hücumlardan yalnız biri qolla nəticələndi. Araz Abdullayev görüşün 41-ci dəqiqəsində hesabı açdı. Fasilədən sonra aparıcı oyunçularını meydana buraxan Foqts səviyyə fərqinin böyüməsinə şərait yaratdı. 400 azarkeşin izlədiyi qarşılaşmanın birinci hissəsindən sonra meydanı tərk etməyən Vaqif növbəti 2 qolun müəllifi oldu. O, 51 və 58-ci dəqiqələrdə rəqib qapısına yol tapdı. Görüşün 67-ci dəqiqəsində isə Fabio Luis Ramim həlledici nöqtəni qoydu”.
Qeyd edək ki, avqustun 30-dan Rust şəhərində hazırlıq keçən yığmamızın təlim-məşq toplanışı çərçivəsində yalnız 1 yoxlama oyunu keçirməsi nəzərdə tutulmuşdu.

0
0