Fariz Yusifov: Mənə beynəlxalq oyun öncəsi praktika lazımdır
02.09.2010 - 14:00
“İdarə etdiyim “Xəzər Lənkəran” – “İnter” matçından sonra cəzalanmamışam. Sadəcə, yığmanın oyunları ilə əlaqədar hazırda çempionatda fasilə yaranıb. I divizionda isə yeni mövsüm bu həftə start götürür və ilk turda Qusarda “Şahdağ” və “Bakılı” arasında gərgin oyun gözlənilir. Bu görüşü mənim idarə etməyim məqsədəuyğun sayıldı”. Bu fikirləri apasport.az saytına açıqlamasında FİFA hakimi Fariz Yusifov deyib.
I diviziona təyinatları açıqlayan AFFA-nın Hakimlər Komitəsi beynəlxalq dərəcəli hakimə “Şahdağ” – “Bakılı” oyununu idarə etməyi tapşırıb. Yusifov III turda Lənkərandakı oyunda “İnter”in baş məşqçisi Kaxaber Sxadadzeni texniki zonadan qovdu. Nəticədə gürcü mütəxəssis İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzaya məruz qalıb.
Yusifov cəzalanması ilə bağlı yayılan xəbərlərin həqiqətəuyğun olmadığını bildirib: “Lənkərandakı oyunun sonunda ehtiyat hakim Sxadadzenin “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikin ünvanına təhqiramiz ifadələr sözlər işlətdiyini diqqətimə çatdırdı. Mən də qaydalara əsaslanıb gürcü çalışdırıcını texniki zonadan kənarlaşdırdım. Bu məsələ AFFA-nın İntizam Komitəsində baxıldı və Sxadadze haqda hansı qərar çıxarılması hamıya məlumdur. Bundan sonra isə çempionatımızda cəmi bir tur keçirilib. Sentyabrın 20-dən 27-dək Belarusun paytaxtı Minskdə 17 yaşlılar arasında Avropa çempionatının seçmə mərhələ oyunlarına FİFA hakim-köməkçisi Orxan Məmmədovla birgə təyinat almışam. Mənə beynəlxalq miqyasda məsul sınaq öncəsi praktika lazımdır. Premyer Liqada fasilə olduğu üçün I divizionda oyun idarə edirəm”.
Hər tur təyinat almamağını normal qarşılayan FİFA referisi gənc həmkarlarının çoxluğunu qeyd edir: “Son vaxt gənc hakimlərimizin sayı çoxalıb. Onlar, bütün hakimlərimiz üçün yaxşı şərait yaradılıb. Turda 6 oyun olur, hakimlərin sayı isə çoxdur. Hər turda biz FİFA hakimləri təyinat alacağıqsa, onda gənc hakimlər nə vaxt şans qazanacaq? Yeni mövsümdə iki çətin oyun idarə etmişəm. Bunlar “Xəzər Lənkəran” – “İnter” oyunu ilə yanaşı, “Neftçi” – “Qarabağ” görüşü olub. Belə ağır oyunlardan sonra hakimlərdə yorğunluq olur və arada istirahət lazımdır”.

0
0