“Azərbaycanla oyun ərəfəsində qələbə yaxşı olardı”
02.09.2010 - 14:12
“Belçika yığması əsasən gənclərdən təşkil olunub. Lakin bu komanda son vaxtlar xeyli güclənib”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının futbolçusu Marsel Yansen deyib. 25 yaşlı müdafiəçi Avro-2012-nin seçmə mərhələsinin startı ərəfəsində alman mətbuatına müsahibə verib.
Sentyabrın 3-də Belçika, 4 gün sonra isə Azərbaycan yığması ilə görüşəcək Bundestimin arxa xətt oyunçusu bu matçlar haqda qısa danışıb: “Bu çətin oyun olacaq. Bizim üçün seçmə mərhələdəki ilk oyunumuzda 3 xal qazanmaq çox vacibdir. Bununla da yaxşı start götürmüş olacağıq. Gələn həftə Azərbaycanla keçirəcəyimiz qarşılaşma ərəfəsində belə başlanğıc yaxşı olardı”.
Qeyd edək ki, Yansen 35 oyuna 3 qol vurduğu yığma ilə dünya çempionatının bürünc mükafatını qazanıb.

0
0