Ruslar Mahir Şükürovun müdafiəsinə qalxdılar
02.09.2010 - 14:52
Ruslar azərbaycanlı futbolçu Mahir Şükürovun müdafiəsinə qalxıblar. Apasport.az-ın məlumatına görə, Moskvada fəaliyyət göstərən “Vestnik Kafkaza” saytı həmyerlimizlə bağlı son günlərdə müzakirə olunan himn qalmaqalının şişirdilməsini düzgün saymır.
Məlum olduğu kimi, Mahirin Premyer Liqanın son turunda “Sibir”lə ev oyunundan əvvəl komanda yoldaşları və rəqib futbolçulardan fərqli, Rusiya himni səslənən zaman ölkənin bayrağına tərəf çevrilməməyi qabardılıb. Rusiyalı həmkarlarımız Şükürovun nümayişkarcasına üzünü çevirməklə, öz vətəninə sadiq qaldığını qeyd edib.
Mahirin tərəfini saxlayan “Vestnik Kafkaza”nın əməkdaşı yazısında həmkarlarını suçlayır. Onun fikrincə, qalmaqal xətrinə qalmaqal yaratmaq lazım deyil: “Jurnalistlər nəinki futbolçunun özünə izahla bağlı müraciət etməyib, eyni zamanda Mahirin komanda üzvləri arasında sonuncu dayandığını və qalan oyunçuların bayrağı tərəf dönməsi anını görmədiyinə diqqət yetirmək “istəməyib”. Üstəlik, üzünü bayrağa tərəf döndərmək ənənəsi yaxınlarda yaranıb. Buna qədər futbolçular himnə mərkəzi tribunaya tərəf duraraq, qulaq asırdılar. İndi qalır onu ehtimal etmək ki, “Nastoyaşaya vremeni”nin jurnalistləri Şükürovu azarkeşlər qarşısında hörmətdən salmaq məqsədi güdürdülər”.

0
0