Yığmamız Bundestimlə oyuna yeni formada çıxacaq - FOTO
02.09.2010 - 15:23
Yığmamız Bundestimlə oyuna yeni formada çıxacaq - FOTO
Azərbaycan milli komandasının yeni formaları təqdim olunub. Apasport.az saytının məlumatına görə, yığmamız Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Almaniya ilə səfər oyununa həmin formalarda çıxacaqlar. Müasir dizaynı və yüksək keyfiyyəti ilə seçilən bu formalar İngiltərənin “Umbro” firması tərəfindən istehsal olunub.

Mənbə: affa.az