Otar Qabeliya “Turan”a üz tutdu
02.09.2010 - 15:35
Tovuzun “Turan” klubunun futbolçusu Georgi Çediya Türkiyəyə gedib. Apasport.az saytının məlumatına görə, buna gənc legionerin Gürcüstanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət olunması səbəb olub.
U-21 yığmasının baş məşqçisi Otar Qabeliyanın komandaya çağırdığı 20 futbolçu arasında yer alan Georgi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək qarşılaşmada iştirak edə bilər. Onun komandası sentyabrın 4-də Sakaryada Türkiyə yığmasının qonağı olacaq.
Qeyd edək ki, 22 yaşlı hücumçu Türkiyədə oynayacağı halda, seçmə mərhələdə debüt etmiş olacaq.

1
0