“Azərbaycan yığmasını qiymətləndirməmək olmaz”
02.09.2010 - 15:44
“Belçika və Azərbaycan yığmaları ilə oyunlara maksimum nəticə üçün çıxacağıq. Biz həmin görüşlərdə 6 xal qazanmaq istərdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının Avro-2012-də rəqibi olan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.
Növbəti seçmə mərhələyə sabah start götürəcək Bundestim sentyabrın 7-də millimizi qəbul edəcək. Löv yığmamıza yuxarıdan aşağı baxmır: “Biz qələbə qazanmaq istəsək də, Belçika və Azərbaycanı qiymətləndirməmək olmaz. Əminəm ki, çoxlu gənc istedadlara malik Belçika yığması kifayət qədər motivasiyalı olacaq və cümə günü bizə sinə gərəcək. Bizi CAR-da yaxşı oynadığımız üçün favorit sayırlar. Ancaq digər tərəfdən, təsnifat mərhələsi ayrıca marafondur. Oyunçular öz statuslarını qorumağa borcludurlar. Bunun üçün hər oyunda konsentrasiyanı itirməmək lazımdır”.

0
0