Kloze 2014-cü ildə mundialda oynamaq istəyir
02.09.2010 - 23:10
Kloze 2014-cü ildə mundialda oynamaq istəyir
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığmasının əsas qol ümidi olan Miroslav Kloze hələ uzun müddət top qovmaq arzusundadır. Apasport.az saytının məlumatına görə, dünya çempionatlarının final mərhələlərində 14 qol vuran 32 yaşlı hücumçu Ronaldoya məxsus rekordu arxada qoymaq niyyətindən əl çəkməyib. Polşa əsilli futbolçu 15-ci qolunu vurub “Yekədiş”ə çatmaq, sonra isə onu keçmək üçün DÇ-2014-ü gözləyir. Miroslav 36 yaşında da yığmaya kömək edə biləcəyini açıqlayıb: “Mən hələ bir neçə il yüksək səviyyədə oynaya bilərəm. Hələ 32 yaşım var – bu çox deyil. İndiyədək əla formadayamsa niyə Braziliyadakı mundialda oynamayım”.

Qeyd edək ki, Kloze yaxşı formada olduğunu sentyabrın 7-də millimizlə seçmə mərhələ oyununda bir daha təsdiqləməlidir.