“Hacıyev kimi ulduz futbolçunu onların üzündən itirdik”
03.09.2010 - 09:27
“Hacıyev kimi ulduz futbolçunu onların üzündən itirdik”
Türkiyənin “Altay” klubunun rəhbərliyi “Bakı”dan transfer etdikləri Rəhman Hacıyevin keçidinin rəsmiləşməməyindən narazı qalıb. Apasport.az saytının məlumatına görə, Bank Asiya I Liqa təmsilçisinin prezidenti Ahmet Taşpınar 17 yaşlı yarımmüdafiəçiyə lisenziya ala bilmədikləri üçün dövlət qurumlarını qınayır. Onun fikrincə yüksək qurumlar heç də bütün klublara eyni gözlə baxmırlar: “Türk konsulluğu ilə Əmək və Sosial Müdafiə Nazirliyinin ləng tərpənməsi üzündən bir il ulduz futbolçunun xidmətindən yararlana bilməyəcəyik. Eyni hadisə üç böyüklərin və ya güclü lobbiyə malik Anadolu klublarının başına gəlsəydi, onların aqibətinin necə olacağı məndə çox maraq doğurardı”.

Qeyd edək ki, Hacıyev “Altay”ın düşərgəsində iki aydan artıq vaxt keçirib.