Berti Foqts mətbuat konfransı keçirəcək
03.09.2010 - 09:43
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniyada jurnalistlərin qarşısına çıxacaq. Apasport.az saytının məlumatına görə, alman mütəxəssisin sentyabrın 7-də Almaniya yığması ilə Avro-2012-nin seçmə mərhələsində rəsmi oyundan bir gün əvvəl yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 14:00) Köln şəhərindəki “Holiday İnn” otelində mətbuat konfransı təşkil olunacaq. Sentyabrın 5-də isə yığmamızın mətbuat üçün məşqi olacaq. Bu, Almaniya ilə görüşəcəyimiz “Raynenerqiştadium” stadionunda yerli vaxtla saat 17:00-da başlayacaq.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0