Filip Lam milli komandamızdan ehtiyatlanır
03.09.2010 - 10:15
Almaniya yığmasının kapitanı Filip Lam Azərbaycan millisindən ehtiyatlanır. Apasport.az saytının məlumatına görə, zədəli Mihael Ballakın yoxluğunda kapitan sarğısını daşıyan müdafiəçi sentyabrın 7-də komandamızla görüşə asan sınaq kimi baxmağı düzgün saymır.
Bu gün səfərdə Belçika ilə oyunla Avro-2012-ə start verəcək Bundestimin aparıcı futbolçusu bütün rəqiblərə ciddi yanaşmağı tövsiyə edir: “Bizim kifayət qədər çətin qrupumuz var. Ona görə də qələbə ilə başlamaq vacibdir. Biz belçikalılarla oyuna ciddi yanaşmalıyıq. Seçmə mərhələyə Belçika yığması ilə səfər oyunu ilə başlamaqla bəxtimiz gətirmədi. Mövsüm indi başlayıb, ona görə də bizdən CAR-ın meydanlarında İngiltərə və Argentina yığmaları ilə görüşlərdə olduğu kimi oyun gözləməyin”.

0
0