“Get, sabah gəl!”
03.09.2010 - 10:26
Azərbaycan yığmasının futbolçusu Rəhman Hacıyevin “Altay” klubuna keçidinin baş tutmamasına Türkiyə mətbuatı da biganə qalmayıb. Apasport.az saytının məlumatına görə, həmkarlarımız 18 yaşı tamam olmayan yarımmüdafiəçinin Bank Asiya I Liqada oynaya bilməməsində dövlət qurumlarını günahkar sayır.
Hacıyev məsələsinə geniş yer ayıran Türkiyə mətbuatı onun “get, sabah gəl”in qurbanı olduğunu düşünür. Həmkarlarımız Türk konsulluğu ilə Əmək və Sosial Müdafiə Nazirliyinin oğlunun sənədlərini toplamaq məqsədilə yollarda qalan atası Rəhim Hacıyevi necə “süründürdüyünü”nün xronologiyasını da hazırlayıb.
Burada Rəhmanın 2 aydan artıq sürən “Altay” karyerası da əks olunub. İyunun 19-da İzmirə dəvət olunan Hacıyev ayın 21-də başlayan Karaburun toplanışına qatıldı. Baxışda bəyənilən ulduz futbolçunun keçidi üçün klub prezidenti Ahmet Taşpınar Azərbaycana yollandı. İyulun 4-də Bakıya gedən klub rəhbəri “Bakı” ilə üç illik anlaşma imzaladı. Rəhmanın 18 yaşı tamam olmamağı üzündən atası Rəhim İzmirə çağırıldı.
İyulun 15-də Türkiyəyə gələn ata Hacıyev iki gün sonra geri döndü. O, oğlunun Türkiyədə çalışa bilməyi üçün Türk konsulluğuna müraciət etdi. Burada 15 gün yubadılan Hacıyev yalnız avqustun 2-də lazım olan sənədi aldı. Avqustun 3-də Əmək və Sosial Müdafiə Nazirliyinin Miqrasiya İdarəsinə rəsmi müraciət olundu. Nazirlikdəki “get, sabah gəl”lər isə “transfer pəncərəsi”nin son tarixi olan sentyabrın 1-ə kimi davam etdi.
Türkiyədə çalışmağa icazənin belə gec alınmağı üzündən FİFA-ya müraciət və TFF-də qeydiyyatdan keçməsinə vaxt çatmadı.
Qeyd edək ki, Hacıyev “Altay”ın heyətində yalnız yoxlama oyunlarında meydana çıxıb.

0
0