Toni Adams: Mən “Qəbələ” klubunu öz balam kimi sevirəm
03.09.2010 - 10:45
“Qəbələ” klubunun baş məşqçisi Toni Adams komandadakı fəaliyyətini uzun müddət davam etdirmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, İngiltərə futbolunun əfsanəsi bu ilin yayından rəhbərlik etdiyi əyalət təmsilçisinin Unibank Premyer Liqasındakı uğursuz startından sonra ruhdan düşməyib.
Böyük Britaniya mətbuatına açıqlama verən Adams ilk 4 turda qələbəyə həsrət qalmağının işinə təsir etməyəcəyini bildirib.
London “Arsenal”ının sabiq kapitanı “Qəbələ”ni öz doğma övladı kimi sevdiyini açıqlayıb: “Mən hələ 10 il burada çalışmaq istəyirəm. Öz balam kimi sevdiyim komandanı atıb gedən deyiləm. Mən körpənin suda boğulmasını istəmirəm”.
Qeyd edək ki, “Qəbələ” Adamsın rəhbərliyi altında keçirdiyi 4 oyunda 1 heç-heçə edib və 3 dəfə məğlub olub.

0
0