Sonuncu şans
03.09.2010 - 11:41
Sabah 21 yaşlılardan ibarət yığma komandalar (U-21) arasında Avropa çempionatının seçmə mərhələsinin oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması cari seçmə mərhələdə sonuncu ev oyununa çıxacaq.
Alman mütəxəssis Bernard Lippertin baş məşqçisi olduğu yığmamız ötən il səfərdə 0:1 hesabı ilə uduzduğu Albaniya yığmasını qəbul edəcək. Ötən seçmə mərhələdə bu rəqiblə Bakıdakı oyunda qələbəyə yaxın olsa da, sonda buraxdığımız qolla bunu əldən vermişdik – 1:1.
Cari seçmə mərhələyə uğursuz çıxış etməsi nəticəsində turnir cədvəlinin sonunda qərarlaşan Lippertin yetirmələri ilk xalını yalnız sonuncu – bu ilin martında Şotlandiya ilə səfər oyununda (2:2) qazandı. Özü də yığmamız oyunun gedişində müdafiəçimiz Tural Axundov qırmızı vərəqə aldığına azlıqda qalmasına baxmayaraq, Araz Abdullayevin vurduğu gözəl qolla hesabda irəli çıxmış, ancaq üstünlüyü qoruya bilməmişdi. Həmin görüşdə Arazla yanaşı, millimizin digər üzvləri - qapıçı Səlahət Ağayev, yarımmüdafiəçilər Rahid Əmirquliyev, Amit Quluzadə, Cavid Hüseynovun U-21-ə göndərilməsi nəticəyə böyük təsir göstərmişdi. Bu dəfə millimizin baş məşqçisi Berti Foqts Cavid və digər yarımmüdafiəçi Elvin Məmmədovu gənclər yığmasında olmasına imkan yaradıb.
Əslində, Foqts millidə debüt etdirdiyi, indi isə öz klublarında əsas heyətdən kənarda qalan Cavidlə Elvini milliyə çağırmağı lazım bilməyib. Hər halda, hücumameylli bu futbolçuların beynəlxalq təcrübəsi U-21-ə fayda verməlidir. Seçmə mərhələyə gələn çərşənbə güclü Belarus yığması ilə səfər oyunu ilə yekun vuracağımızdan, albanlarla sabahkı görüş Lippertin komandasına nəhayət, qələbə qazanmaq üçün son şansdır. Yığmamız buna nail olarsa, xallarını bərabərləşdirdiyi rəqibini turnir cədvəlinin sonuna göndərə bilər.
21 yaşlılardan ibarət yığmalar arasında 2011-ci il Avropa çempionatının seçmə mərhələsi
19:00. AZƏRBAYCAN - ALBANİYA
Baş hakim: Marios Panayi (Kipr)
Hakim köməkçiləri: Çaralambos Çaralambous, Mixael Hadjinikola, Aristides Kristou
(hamısı Kipr)
Hakim-inspektor və UEFA nümayəndəsi: Nathan Bartfeld (Makedoniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Mehman SÜLEYMANOV

1 | Avstriya | 7 | 4 | 2 | 1 | 16-9 | 14 |
2 | Şotlandiya | 6 | 4 | 1 | 1 | 13-8 | 13 |
3 | Belarus | 6 | 4 | 1 | 1 | 14-10 | 13 |
4 | Albaniya | 7 | 1 | 1 | 5 | 9-17 | 4 |
5 | Azərbaycan | 6 | 0 | 1 | 5 | 5-16 | 1 |
Mehman SÜLEYMANOV
0
0