Almaniya – Azərbaycan oyunu ilə bağlı müraciət
03.09.2010 - 13:35
Almaniya – Azərbaycan oyunu ilə bağlı müraciət
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Almaniya – Azərbaycan matçı ilə bağlı müraciət qəbul olunub. Apasport.az saytının məlumatına görə, oyunun keçiriləcəyi Köln şəhərindəki “Reynenerji ştadion”un rəhbərliyi qarşılaşmanı izləmək istəyən fanatlara müraciət etməyi lazım bilib.

Bundestimin bürünc mükafata yiyələndiyi mundialdan sonra ilk ev oyununa çıxması üzündən arenanın dolacağını gözləyən futbol funksionerləri Kölndə qeydə alına biləcək vəziyyətdən qorxur. Söhbət stadiona yaxın ərazilərdə tıxacların əmələ gəlməsi, basabasın yaranmasının mümkünlüyündən gedir.

Bu səbəbdən Almaniya – Azərbaycan matçını izləyənlərdən xahiş olunur ki, stadiona mümkün qədər tez gəlsinlər. Stadionun yaxınlığındakı ərazilərdə isə xüsusi avtomobil dayanacaqları fəaliyyət göstərəcək. Tamaşaçı biletinin hansı girişə olmağından asılı olaraq, həmin yerə yaxın dayanacaqdan istifadə etməlidir.

Azarkeşlərin tez gəlməsi üçün həmin müvəqqəti fəaliyyət göstərəcək dayanacaqlar Bakı vaxtı ilə saat 19:45-dan işə başlayacaq. Yəni, matçın 23:45-də veriləcək start fitinə 4 saat qalmış arenanın qonaqları maşınlarını saxlamağa yer tapa biləcək.

Qeyd edək ki, “Reynenerji ştadion” beynəlxalq oyunlarda 46134 tamaşaçı tutumuna malikdir.