Zeynal Məmmədov: Hamı klubda qalacaq
03.09.2010 - 14:21
“Aşağı yaşlı futbolçulardan ibarət komandalarımızda çalışan türkiyəli məşqçilər fəaliyyətini davam etdirəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidentinin səlahiyyətlərini icra edən Zeynal Məmmədov deyib.
Son vaxtlar paytaxt təmsilçisinin aşağı yaş qruplarında çalışan türkiyəli məşqçilərin komandadan kənarlaşdırılacağı barədə xəbərlər yayılıb. Ancaq klub rəsmisi bunu əsası olmayan söhbət adlandırıb: “Onlar klubda çalışacaqlar. Türkiyəli məşqçilərlə uzunmüddətli müqavilə imzalamışıq. İşlərindən narazı deyilik”.
Daha sonra klubun mövsümlərarası fasilədə reallaşdırdığı transferlər barədə də danışan Məmmədov onların uğurlu olub-olmadığını mövsüm göstərəcəyini deyib: “Hamısı səviyyəli futbolçulardır. Nə dərəcədə uğurlu olub-olmadıqlarını mövsümün gedişində görəcəyik”.
Vaqif Cavadov haqqında da danışan klub rəsmisi onun tədricən formaya düşəcəyinə inandığını bildirib: “Vaqif “Tvente”də ehtiyatda qalırdı. O. tədricən formaya düşəcək. Düzdür bizə hazır futbolçular lazım idi. Ancaq Vaqifin biz istəyən səviyyəyə çatacağına inanırıq”.

0
0