“Qəbələ”dən ayrılmaq haqda düşünmürəm”
03.09.2010 - 14:39
“Hələ ki, komandamız istədiyi oyunu nümayiş etdirə bilmir. Əsas problemimiz qol vura bilməməklə bağlıdır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun futbolçusu Ramin Quliyev deyib. Ötən mövsümü “Standard”da forma geyinən 29 yaşlı müdafiəçinin yayda keçdiyi əyalət təmsilçisi hələ də istənilən oyunu göstərə bilmir.
Müdafiəçi uğursuz çıxışı əsasən yeni futbolçuların çox olması ilə izah edir: “Heyətimizdə yeni futbolçular çoxluq təşkil edir. Futbolçuların bir-birinə uyğunlaşmasına isə vaxt lazımdır. Eyni zamanda, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirmək üçün müəyyən zamana ehtiyac var. Bir sözlə, məşqçi axtarışlarını davam etdirir”.
Hələ ki, əsas heyətdə meydana çıxmayan Quliyev şansını gözləyir: “Vallah, səbəbini bilmirəm. Baş məşqçi şans verəcəyini deyib. Onunla “niyə oynatmırsan” deyə söhbətimiz də olmayıb. Qaldı ki, komandadan ayrılmağa, bu haqda düşünmürəm. Klubla 1 il müddətini əhatə edən müqaviləm var. Müqaviləmin sonuna qədər komandada qalmaq niyyətindəyəm”.
Qeyd edək ki, “Qəbələ” Unibank Premyer Liqasının ilk 4 turundan sonra yalnız 1 xal toplayıb.

0
0