Ümit Karan seriala çəkilir
03.09.2010 - 15:50
Ümit Karan seriala çəkilir
“Əskişəhərspor” klubunun sabiq kapitanı Ümit Karan gələcək planlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Əskişəhər təmsilçisinin heyətindən kənarlaşdırılan futbolçu karyerasını başa vurduqdan sonra aktyorluq edəcəyini bildirib.

Türkiyə yığmasının və “Qalatasaray”ın da şərəfini də qorumuş Karanın bu sahədə təcrübəsi var. O, bir qapıçının həyatından bəhs edən “Kaledəki Yalnızlık” filmində rol alıb və bu sahədə debütü uğurlu alınıb.

“Son çıxış etdiyim film hələ televiziyada nümayiş etdirilməyib. Lakin bu çəkilişlərdə çox əyləndim. Hazırda da film və seriallardan təkliflər davam edir. Karyeramı bitirdikdən sonra aktyorluq sahəsində çalışmaq istəyirəm” – deyə Karan bildirib.

Qeyd edək ki, “ay-ulduzlu” formanı 12 dəfə (1999-2007) dəfə geyinən hücumçu bu oyunlarda 7 dəfə fərqlənib.