“Bakı”da oynamaq mənim üçün yeni təcrübə olacaq”
03.09.2010 - 16:26
“Bakı” klubunun son transferi Stefan Borbikoni vətəni Fransa mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Fransanın II divizionunda çıxış edən “Mets” komandasından 1 illiyə icarəyə götürülən müdafiəçi anlaşması bitəndən sonra geri dönmək fikrindədir. 3 il Türkiyədə “Manisaspor”da oynayan Borbikoni yetirməsi olduğu “Mets”i özü üçün doğma klub sayır.
- Stefan, yeni klubunuza transferiniz necə baş tutdu?
- Mənim “Metsi”i tərk etmək niyyətim yoxdur. Bir müddət əvvəl tanış olduğum agent Yusif Muxtari mənimlə “Bakı”nın meneceri arasında əlaqə yaratdı. Mən bu adamı Türkiyədən tanıyırdım. Ola bilsin ki, o da məni “Bakı”da görmək istəyirdi.
- Bu addımı atmağa sizi nə təhrik etdi?
- Sözün açığı, burada söhbət yaxşı bir maliyyə əməliyyatından gedir. Bir tərəfdən komada yoldaşlarım yoxluğumu kompensasiya edəcək, digər tərəfdən gedişim klubun xərclərini azaldacaq. Bu, hər yerdə qəbul edilən bir praktikadır.
- Razılaşmaya əsasən, Azərbaycan çempionatında oynayacaqsınız. Bakıya getməzdən qabaq nə hisslər keçirirsiniz?
- Bu, mənim üçün yeni təcrübə olacaq. 4 il əvvəl Türkiyə ilə müqavilə imzalayanda da eyni şeyləri düşünürdüm. Sonda bütün tərəddüdlər keçib getdi. Türkiyə mənə böyük məktəb oldu. Sərhəddən kənardakı həyat tam başqadır. Şübhəsiz ki, insanın təcrübəsini də artırır.
- İdman baxımından çox cəsarətli addım atırsınız?
- Doğrudur, lakin narahat deyiləm. “Bakı”nın baş məşqçisi Vinfred Şafer tanışdır, Almaniyanın “Karlsrue”, “Ştutqart” klublarını, Kamerun yığmasını çalışdırıb. “Bakı”dakı iki braziliyalı futbolçu ilə Türkiyədə oynamışam.
- Getdiyinizə görə peşman deyilsiniz?
- Ötən bazar çox həyəcanlı idim. İndi isə qərar verilib, iradəli olmaq lazımdır. Bir il sonra yenidən “Mets”də olacağam.

0
0