Subaşiç Azərbaycana havayı qayıdıb
03.09.2010 - 16:47
Branimir Subaşiçin “Qəbələ” klubuna keçənə qədər şərəfini qoruduğu “Srvena Zvezda”da baş verənlər Serbiya mətbuatının diqqətindən kənar qalmayıb. Apasport.az saytının məlumatına görə, həmkarlarımız Belqrad təmsilçisinin “transfer pəncərəsi”nin gedişində apardığı islahatların maliyyə tərəfinin sərfəli olmadığını üzə çıxarıblar.
Onların fikrincə, fasilə dövründə 8 futbolçunu heyətinə qatan “Srvena Zvezda” yollarını ayırdığı 7 oyunçunun keçidinə görə yaxşı para qazanmayıb. Belə ki, onlardan yalnız ikisinin – “Osasuna”ya (İspaniya) yollanan Deyan Lekiç və “Bordo”ya (Fransa) transfer olunan Vuyadin Saviç keçidi belqradlıların büdcəsinə xeyir gətirib. Digər 5 futbolçuya görə kompensasiya almayan “Srvena Zvezda”nın havayı ayrıldığı oyunçulardan biri də məhz Subaşiçdir.
Qeyd edək ki, 2005-08-ci illərdə şərəfini qoruduğu “Neftçi”dən “Srvena Zvezda”ya keçən Branimir Çinin “Çanqçun Yatay” klubuna da icarəyə verilmişdi.

0
0