AFFA “İnter”in şikayətini rədd etdi
03.09.2010 - 20:31
AFFA-nın Apellyasiya və Ekspert Komitəsi Unibank Premyer Liqasında mübarizə aparan “İnter”, “Qəbələ” və “Gəncə” klublarının müraciətlərinə baxıb. Apasport.az saytının xəbərinə görə, müraciətlərə əsasən, “İnter”in baş məşqçi Kaxaber Tsxadadzenin 5 oyunluq texniki zonadan kənarlaşdırılmasının şərti cəza ilə əvəz olunmasını, “Qəbələ” futbolçular Milan Antiç və Lyubo Baraninin müvafiq olaraq 6 və 3 oyunluq cəzalarının yüngülləşdirilməsini, “Gəncə ” isə futbolçu Rafael Əmirbəyovun cəzasının ləğv olunmasını xahiş etmişdi. Amma komitə üzvləri bu müraciətləri müzakirə etmiş və onları təmin etməmək barədə qərar qəbul edib.
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
- Djorkaeff Ermənistan Futbol Federasiyasının prezidenti olacaq? - Paşinyan cavab verdi
- "Beşiktaş" və "Trabzonspor"un oyunları bu kanallarda - TV AFİŞA
- Mourinyo "Real"ın tarixinə düşdü - Ançelottini qabaqladı
- Keyn "Bavariya" ilə "yola davam" dedi - RƏSMİ
0
0