“Qarabağ”ın qənimi azarkeşsiz qaldı
07.09.2010 - 09:48
“Qarabağ”ın qənimi azarkeşsiz qaldı
Ağdamın “Qarabağ” klubunu Avropa Liqasından kənarlaşdıran Almaniya təmsilçisi “Borussiya” azarkeş dəstəyindən məhrum olub. Apasport.az saytının məlumatına görə dortmundlu azarkeşlər sevimli komandalarının “Şalke” ilə səfər matçını boykot etmək qərarına gəliblər. Buna Helkenzirhen təmsilçisinin cari mövsümün oyunlarına biletlərin qiymətlərinin yüksək həddə qaldırmağı səbəb olub.

Qonaq komandanın tərəfdarları qiymətlərin 20 avrodan birdən-birə 50 avroya qədər qalxmasından narazıdır. “Şalke” rəhbərliyi isə belə kəskin artımı fasilə dövründəki böyük xərclərlə izah edir. Xüsusilə də Klaas Yan Huntelaarın transferi onlara baha başa gəlib.

“Borussiya”nın baş məşqçisi Yurgen Klopp da azarkeşlərə dəstək verib: Mən azarkeşlərimizi dəstəkləyirəm. Axə onların “Huntelaar fondu” yoxdur”.

Qeyd edək ki, “Şalke” və “Borussiya” prinsipial rəqiblər sayılır.