Edqar Davids qızı vurduğuna görə həbs olundu
07.09.2010 - 10:52
Edqar Davids qızı vurduğuna görə həbs olundu
Tanınmış hollandiyalı futbolçu Edqar Davids həbs olunub. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Kristan Pelas” klubunda oynayan təcrübəli futbolçu qızı döyməkdə günahlandırılır.

Hollandiyanın paytaxtı Amsterdamda istirahət edən Davids “Pitul” kinoteatrında qızlarla söyüşməyə başlayıb. Qızlar Edqarın yoldaşları ilə birgə onların yerində oturduğunu iddia ediblər. Davids və onun kompaniyası vəziyyətdən qızların sifətinə zərbə vurmaqla çıxıb və bundan sonra polislər tərəfindən tutulub.

Qeyd edək ki, Edqarın 8 il öncə analoji səbəbdən haqqında iş açılıb.