AFFA Emin Quliyevi cəzalandırdı
07.09.2010 - 12:04
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda ölkə çempionatının I divizionunun ilk turunda qeydə alınan xoşagəlməz hadisələr müzakirə olunub. Komitə müvafiq qərarlar verərək
"Energetik"lə qarşılaşmada 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Ədliyyə” 100 manat cərimə olunub. Oyunun 22-ci dəqiqəsində “Energetik”in futbolçusu Zamir Cəlilov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alıb ki, buna hörə klubunu 20 manat ziyana salıb. Zamirin özü isə 1 oyunluq cəzalanıb. Onun ikinci sarı vərəqəyə görə meydandan qovulan komanda yoldaşı Cavid Məmmədovun da cəzası eyni olub.
"Rəvan"la görüşün 42-ci dəqiqəsində sonuncu ümid foluna görə meydandan qovulan Məhəmməd Babayev “Göyəzən”in 20 manat, özünün isə 1 oyunluq cəza almağına səbəb olub.
"Abşeron" – "Şəmkir" matçının 83-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alan Emin Quliyev 2 oyunluq cəzalanıb və meydan sahiblərini 200 manat xərcə salıb.
"Karvan" – "Neftçi" İSM matçında hər iki komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün onlar hərəyə 100 manat cərimə olunublar.
"Sumqayıt"la oyunun 75-ci dəqiqəsində ikinci sarıya görə qırmızı vərəqə alan Elnur Məmmədov 1 oyunluq cəzalanmaqla yanaşı formasını geydiyi “MKT-Araz”ı 20 manat ziyana salıb. Oyunun 90+1-ci dəqiqəsində “Sumqayıt”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 200 manat cərimə olunub.

0
0