Sakit Alıyev Gürcüstana gedir
07.09.2010 - 12:44
Tovuzun “Turan” klubunun baş məşqçisi Sakit Alıyev Gürcüstana gedir. Apasport.az saytının məlumatına görə, çalışdırıcının səfərində məqsəd 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan – Ermənistan oyununu izləməkdir. Mövsümlərarası fasilədə heyətə cəlb olunan gürcüstanlı hücumçu Georgi Çediya da öz yığmasının heyətinə çağırılıb. Alıyev yetirməsini iş başında görmək arzusundadır.
Qeyd edək ki, 3 gün əvvəl Türkiyə ilə səfərdə keçirilən matçda ehtiyat oyunçular skamyasında əyləşən Çediya seçmə mərhələdə debüt etməyib.
Qeyd edək ki, 3 gün əvvəl Türkiyə ilə səfərdə keçirilən matçda ehtiyat oyunçular skamyasında əyləşən Çediya seçmə mərhələdə debüt etməyib.
0
0