Vinfred Şafer: Daha yaxşı oynamaq haqqında düşünürük
07.09.2010 - 13:18
“Anji” ilə yoxlama oyunun keçirilməsini istəyirdik. Belə götürəndə bu komanda ilə görüşməmək bizə elə də ziyan vurmadı”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Vinfred Şafer deyib. Dünən yoldaşlıq oyununda “Qarabağ”la qarşılaşan və 1:1 hesablı heç-heçə edən “zolaqlılar”ın almaniyalı çalışdırıcısı rəqib haqda xoş sözlər söyləyib: “Qarabağ” Azərbaycanın yaxşı komandalarındandır. 7-8 futbolçusu yığma komandaların düşərgəsinə yollansa da, ehtiyat oyunçular onların yoxluğunu hiss etdirmədilər. Bu komandanın yerli futbolçu problemi yoxdur”.
Öz komandasının oyunu haqda da danışan Şafer hər bir futbolçunun onun üçün dəyərli olduğunu vurğulayıb: “Birinci hissədə zəif təsir bağışladıq. Çempionat oyunlarında ehtiyatda qalan futbolçulardan Mahmud Qurbanov, Hacı Əhmədov, Jefersson Anquloya özlərini göstərmək üçün şans vermişdim. Hər bir futbolçu mənim üçün dəyərlidir. Fasilədən sonra heyətdə dəyişiklik etdim. Komanda oyunundan razı qalsam da, yeganə narazı qaldığım məqam yüz faizlik qol şanslarından az istifadə etməyimlə bağlı oldu. Növbəti turda “Gəncə” ilə qarşılaşacağıq. Ona qədər yığmaların düşərgəsində olan futbolçularımız bizə qoşulacaqlar. Daha yaxşı oynamaq haqqında düşünürük”.
Təcrübəli mütəxəssis son transferi olan fransalı müdafiəçi Stefan Barbikoninin çıxışından razıdır: “Stefanın oyunundan razı qaldım. Qarşıdakı matçlarda onun bizə çox xeyri dəyəcək”.

0
0