Tuyqun Nadirov: Əvəzedici komanda “cərimə batalyonu” deyil
07.09.2010 - 14:58
“Xaqani Məmmədov “Xəzər Lənkəran”dan ayrılmayıb. O, bizim futbolçudur”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib. Mövsümlərarası fasilədə yenidən “Xəzər Lənkəran”a transfer olunan Xaqani Məmmədov Avropa Liqasının oyunlarında meydana çıxsa da, sonradan baş məşqçi postunda edilən dəyişiklik onun üçün uğurlu alınmayıb.
Belə ki, təcrübəli hücumçu arxada qalan 4 oyundan yalnız birində meydana çıxıb. “Qəbələ” ilə görüşdə adı “18-liy”ə daxil edilsə də, oynamayan, “Simurq”la matçda isə 34 dəqiqə meydanda olan Xaqaninin adı nə “İnter”, nə də AZAL-la qarşılaşmalarda oyunun protokoluna daxil edilib. Hətta onun komandadan ayrılması barədə də müəyyən söz-söhbət yayılmışdı. Ancaq Nadirov bunun həqiqət olmadığını bildirib: “Elə futbolçularımız var ki, 3 oyunda meydana çıxmayıb, sonuncu görüşdə oynadı. Yəni heyəti qurmaq baş məşqçinin işidir”.
Klub rəsmisinə əsas heyətə düşməyən və adı matçın protokoluna daxil edilməyən futbolçuların əvəzedici komandaya göndərilmə ehtimalı ilə bağlı da sual verdik. Nadirovun cavabı belə olub: “Bizdə əvəzedici komandaya “cərimə batalyonu” kimi baxırlar. Futbolçuları ora göndərəndə, sanki cəzalandırmaq kimi qəbul edirlər. Halbuki əsas heyətə düşə bilməyən istənilən futbolçunun əvəzedici komandaya göndərilməsi normaldır. Əvəzedici komanda da “Xəzər Lənkəran” klubunundur. Əgər baş məşqçi məsləhət bilsə, getməlidir. Qaldı ki, Xaqani Məmmədova, o, əsas komanda ilə məşq edir. Hələ ki, əvəzedici komandaya göndərilməyib”.

0
0