Lukas Podolski: Mənim qabımda hələ barıt var
07.09.2010 - 15:08
Lukas Podolski: Mənim qabımda hələ barıt var
Almaniya yığmasının hücumçusu Lukas Podolski Azərbaycan yığması ilə bugünkü rəsmi görüşə xüsusi köklənib. Apasport.az saytının məlumatına görə, “Köln” klubunun futbolçusu doğma şəhərdə yığmamızla oyunda özünü ən yaxşı tərəfdən göstərməklə onu heyətdən sıxışdırmaq istəyənlərin arzusunu ürəyində qoymaq fikrindədir.

Son vaxtlar yaxşı formada olmayan Podolski onu hesabdan silməyin hələ tez olduğunu bildirib: “Mənim barıt qabımda hələ barıt var. Həqiqətən də Belçika yığması ilə oyunda lazımı səviyyədə deyildim. Ancaq yenidən optimal formada olsam və oyun ritmini hiss etsəm, nəyə qadir olduğumu göstərəcəyəm. Bilirəm ki, öz şanslarını gözləyən çoxlu gənc və istedadlı futbolçular var. Ancaq son turnirlərdə sübut etdim ki, mənə bel bağlamaq olar. Gələcəkdə də belə olacaq”.