Ruslan Əmircanovun Almaniya ilə oyundan kənarda qalmasının səbəbi aydınlaşdı
07.09.2010 - 16:27
Bakının “Neftçi” klubunun futbolçusu Ruslan Əmircanovun Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Almaniya yığması ilə səfər oyununa çağırılmamasının səbəbi aydınlaşıb.
“Neftçi”nin baş məşqçisi Arif Əsədov apasport.az saytına açıqlamasında cari çempionatda daha çox ehtiyatda qalan cinah müdafiəçisinin mövsümə hazırlığa gec başladığını bildirib. Əmircanovun milli komandamızda debütünü reallaşdıran baş məşqçi Berti Foqts Küveyt yığması ilə avqustda Bakıdakı yoldaşlıq görüşündə ona 90 dəqiqə şans vermişdi. Maraqlıdır ki, Foqts almanlarla rəsmi oyunda müdafiənin sol cinahında məhz Ruslana şans verərək, bu oyun modelini elə küveytlilərlə oyunda sınamışdı. Ancaq alman mütəxəssis rəsmi oyuna heyəti açıqladığı zamanı məlum oldu ki, Əmircanov ümumiyyətlə, Almaniyaya aparılmayacaq.
Əsədovun sözlərinə görə, gənc futbolçunun mövsümlərarası fasilədə cərrahiyyə əməliyyatı olunması onu geri salıb: “Nəticədə Ruslan hazırlığımıza gec - üç həftə sonra qoşuldu. O, Türkiyədəki təlim-məşq toplanışında komanda ilə birgə çalışdı. Əmircanovun formada olmaması bununla bağlıdır. Müdafiəçinin əməliyyatdan sonra bərpa prosesinə vaxt getdi və nəticədə komanda yoldaşlarından dala qaldı. Halbuki Ruslana ötən mövsümün sonunda mütəmadi şans verirdim və yaxşı oyun göstərirdi. Əmircanov tam hazır olmadığından cari mövsümdə daha çox ehtiyatda qalır. Ancaq bununla belə, səylə çalışıb, yığmaya da düşmək istəyir. Foqts da onu Küveytlə yoldaşlıq görüşünə çağırdı və müdafiənin sol cinahında sınadı. Əslində Ruslan müdafiənin hər iki cinahında oynaya bilər. Görünür, Əmircanov çıxışı təhlil edilərək, tam hazır olmadığından dəvət göndərilməyib”.
Mehman SÜLEYMANOV

0
0