AZAL-ın baş meneceri İsveçrəyə yollanıb
07.09.2010 - 16:40
Bakının AZAL klubunun baş meneceri Fikrət Hüseynov İsveçrəyə gedib. Apasport.az saytının məlumatına görə, səfərdə məqsəd ECA təşkilatının (Avropa Klublar Assosiasiyası) sentyabrın 6-7-də Cenevrədə keçirdiyi Baş Assambleyasında iştirak etməkdir.
2008-ci ildə yaradılan bu qurumun 200-dən çox üzvü var. ECA UEFA və FİFA ilə sıx əməkdaşlıq etməklə hüquqi, marketinq və “Fair Play” kimi önəmli məsələlərdə qitə klublarının maraqlarını qorumaq, klublar arasında münasibətləri yaxşılaşdırmaq məqsədi güdür. Hüseynov ECA-nın rəsmi nümayəndəsi kimi işçi qruplarının tərkibində yer alıb və peşəkar futbolun problemlərinə dair müzakirələrdə iştirak edib. Bu tədbirə ölkəmizdən yalnız AZAL-ın nümayəndəsi qatılıb. “Təyyarəçilər” 2009-cu ildə ECA-nın üzvü seçilib və artıq 2 dəfə dəvət alıb. AZAL Bu ilin martında İngiltərənin Mançester şəhərində keçirilən iclasda viza verilməməyi səbəbindən təmsil olunmamışdı.
Qeyd edək ki, AZAL-ın rəsmi saytı ünvanını dəyişdirib. Artıq bu klubla bağlı məlumatlarla azalpfc.az saytında tanış olmaq mümkündür.

0
0