Azərbaycan yığması seçmə mərhələni sonuncu pillədə bitirdi
07.09.2010 - 20:57
Bu gün 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin növbəti oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, X qrupda çıxış edən Azərbaycan milli komandası son qarşılaşmasında Belarus yığması ilə görüşüb. Səfərdə oynayan Bernard Lippertin yetirmələri Borisov şəhərinə uğurlu seriyanı davam etdirmək üçün yollanmışdı.
Belə ki, seçmə mərhələni 5 məğlubiyyətlə başlayan millimiz son iki görüşdə uduzmamışdı. Səfərdə Şotlandiyanı büdrədən (2:2) Lippertin yetirmələri 3 gün əvvəl Albaniya ilə matçda 9 illik qələbə həsrətini bitirmişdi. Lakin komandamız bu vəzifənin öhdəsindən gələ bilməyiblər. Qapısının toxunulmazlığını 76-cı dəqiqəyədək qoruya bilən millimiz sonda meydanı məğlub tərk edib.
Bununla da U-21-in növbəti dəfə seçmə mərhələni qrup sonuncusu kimi bitirməsi rəsmiləşib. Yığmamız Albaniyadan yalnız şəxsi oyunlardakı səfər qollarına görə geri qalıb – 0:1, 3:2. Yəni, albaniyalıların Bakıda vurduğu 2 qol komandamızı sonuncu pilləyə məhkum edib.
Bu matçadək qrupda Belarusla şərikli liderlik edən Avstriya və Şotlandiya yığmaları isə öz aralarında münasibətlərini ayırd ediblər. Britaniyalılar bu qarşılaşmada əzmkar qələbəyə seviniblər – 2:1. Bu qələbə şotlandiyalıları qrup birincisi kimi pley-off mərhələsinə çıxarıb. Şotlandiyalıları 4 gün əvvəl Belarusla səfər matçında olduğu kimi yenə Maquayr xilas edib. Onun bu iki qolu hər iki komandanın eyni xal toplamasına səbəb olub. Şəxsi oyunlarda isə britaniyalılar Belarusu arxada qoyublar – 1:0, 1:1.
21 yaşadək futbolçulardan ibarət yığmalar arasında 2011-ci il Avropa çempionatının seçmə mərhələsi
X qrup
BELARUS - AZƏRBAYCAN – 1:0
Nexayçik, 76
ŞOTLANDİYA – AVSTRİYA – 2:1
Bannan, 29, Maquayr, 89 – M.Arnautoviç, 9
1 Şotlandiya 8 5 2 1 16-10 17
2 Belarus 8 5 2 1 16-11 17
3 Avstriya 8 4 2 2 17-11 14
4 Albaniya 8 1 1 6 11-20 4
5 Azərbaycan 8 1 1 6 8-19 4

0
0