“Yığmamızın futbolçuları “yandılar”
07.09.2010 - 22:36
“Azərbaycanla oyunumuzun belə alınacağını gözləyirdim. Son addım həmişə çox çətin olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Belarus milli komandasının baş məşqçisi Georgi Kondratyev deyib.
Avropa çempionatının seçmə mərhələsinin X qrupunda keçirilən son oyununda Azərbaycan yığması ilə qarşılaşan belarusluların çalışdırıcısı minimal hesablı qələbədən razı qalıb. Lakin yetirmələrinin göstərdiyi oyun Kondratyevi qane etməyib: “Əlbəttə ki, Azərbaycanla oyunumuz alınmadı. Amma ən əsası odur ki, lazım olan nəticəni qazandıq. Futbolçularımız qələbə qazanmağı çox istəyirdilər. Ona görə də “yandılar”. Onları oyununda bu qədər səhvi mən heç vaxt görməmişdim”.
Qeyd edək ki, Belarus yığması millimizi 1:0 hesabı ilə məğlub edib.

0
0