Bernard Lippert: Futbolçularımın belə oyununu izləməmişdim
08.09.2010 - 08:49
«Hər iki komanda yaxşı oynadı. Amma Belarus yığması əlinə düşən şansdan maksimum yararlanaraq qol vurmağa nail oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippert deyib.
O, Avropa çempionatının seçmə mərhələsinin Belarusla keçirilən son matçına münasibət bildirib: “Son bir ildə komandamızda yaxşılığa doğru ciddi dəyişikliklər olub. Doğrudur, komandada intizam güclüdür, lakin bu, qələbə üçün yetərli deyil. Qol vurmaq lazımdır. Ümumilikdə, rəqibmiz qələbəyə layiq idi. Bu gün komandam yaxşı oynadı. Son 3-4 ayda futbolçularımın belə oyununu izləməmişdim».
Qeyd edək ki, Belarus və Azərbaycan yığmalarının qarşılaşmasında rəqib 1:0 hesabı ilə qələbə qazanıb. 8 oyundan sonra isə milli komandamız 4 xalla qrup mərhələsini sonuncu pillədə başa vurub.

0
0