Berti Foqts ən böyük zərbəni həmyerlilərindən alır
08.09.2010 - 10:18
Berti Foqts ən böyük zərbəni həmyerlilərindən alır
Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqts ən ağır zərbəni həmyerlilərindən alır. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis 2008-ci ilin aprel ayından rəhbərlik etdiyi yığmamızda seçmə oyunlarındakı ən böyük hesablı məğlubiyyətini Almaniya yığmasından alıb. Bu, ötən gecə Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Köln şəhərində 1:6 hesabı ilə uduzduğumuz rəsmi oyun olub.

Maraqlıdır ki, Foqts millimizdə ilk böyük hesablı məğlubiyyəti də vətənində, 1996-cı ildə baş məşqçi kimi Avropa çempionluğunu qazandırdığı Bundestimdən alıb. Ötən seçmə mərhələdə Hannover şəhərində keçirilən görüşdə 0:4 hesabı ilə uduzmuşduq. Göründüyü kimi, Foqts yığmamızda iki ildən artıq işlədiyi müddətdə böyük hesablı məğlubiyyətləri yalnız həmyerlilərindən alır.

Qeyd edək ki, Foqtsun Azərbaycanda ən böyük hesablı məğlubiyyəti ötən ilin iyununda İspaniya yığması ilə Bakıda yoldaşlıq görüşündə 0:6 hesablı nəticə olub.
0