Ceyhun Sultanov: İlk qələbəmizi “Bakı” ilə oyunda qazanmaq istəyirik
08.09.2010 - 11:20
“Səviyyəmizə uyğun şəkildə mübarizə aparacağıq. Məqsədimiz yalnız qələbə qazanmaqdır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə”nin futbolçusu Ceyhun Sultanov deyib.
Unibank Premyer Liqasının V turunda “Bakı” ilə qüvvəsini sınayacaq “Gəncə” oyuna ciddi hazırlaşır. Sultanov bildirib ki, arxada qalan 3 oyunda qələbə qazana bilməyən əyalət təmsilçisi bu dəfə tilsimi sındırmaq niyyətindədir: “Hər oyunda qələbə qazana bilərik. Son 3 görüşdə də arzumuzu reallaşdırmağa yaxın olduq. Lakin 3 xal istəyimiz alınmadı. “Bakı” ilə matçda çalışacağıq ki, ilk qələbəmizi bayram edək”.
Futbolda sürpriz nəticə anlayışını qəbul etməyən yarımmüdafiəçi fikrini belə əsaslandırıb: “Məsələn, “Muğan” ikinci turda “Bakı”nı məğlub etdi. Bu, sürpriz nəticə deyil. Futbolda sürpriz nəticə olmur. Sadəcə, həmin oyunda Salyan təmsilçisi daha yaxşı çıxış etməklə 3 xal qazandı. Biz də nəyə qadir olduğumuzu meydanda göstərəcəyik”.
“Bakı” hələ “Dinamo” adlanan dövrdə də onun şərəfini qorumuş Ceyhun kapitan olub. O, “zolaqlıların” heyətində Azərbaycan çempionluğunu və kubokunu qazanıb.
Qeyd edək ki, “Bakı” - “Gəncə” görüşü sentyabrın 12-də keçiriləcək.

0
0