Yığmamızı uddu, pley-offa düşdü
08.09.2010 - 11:37
Yığmamızı uddu, pley-offa düşdü
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, 10 qrupda keçirilən qarşılaşmalardan sonra pley-offda çıxış edəcək 14 “xoşbəxt” müəyyənləşib. Azərbaycan milli komandasının yer aldığı X qrupda birinci yeri tutan Şotlandiya ilə yanaşı Rumıniya, İsveçrə, İtaliya, Hollandiya, Çexiya, İsveç, Xorvatiya, Ukrayna və Yunanıstan yığmaları da birbaşa pley-offa çıxıblar.

Bu mərhələnin iştirakçısı olacaq digər 4 komanda isə qrup ikinciləri arasından seçilib. Ən yaxşı göstəriciyə malik olan İspaniya, İngiltərə, İslandiya və Belarus da pley-offa vəsiqə əldə ediblər. Sonuncular yığmamızı məğlub etməklə liderliyini qoruya bilməsə də ikinci yerə buna nail olub.

Oktyabrın 9-da və 13-də ev və səfərdə keçiriləcək oyunlardan ibarət olacaq pley-off mərhələsinin püşkü sentyabrın 10-da atılacaq. Danimarkanın Henninq şəhərindəki tədbirdə 7 cüt müəyyənləşəcək. Həmin cütlərin qalibləri gələn il Danimarkada təşkil olunacaq qitə birinciliyinin final mərhələsində mübarizə aparacaq.