Uğursuz 7 sentyabr, yaxud Rəşad Sadıqov necə antirekordçu oldu?
08.09.2010 - 13:43
Rəşad Sadıqov Azərbaycan milli komandasında antirekorda imza atdı. Apasport.az saytının hesablamalarına görə, 28 yaşlı kapitan yığmamızda ən çox (2) avtoqol edən futbolçu oldu. Özü də bu, cari ildə - 4 ayda qeydə alınıb.
Rəşad Makedoniya yığması ilə mayda Avstriyada keçirdiyimiz yoldaşlıq görüşündə topu başla Kamran Ağayevin qoruduğu qapıdan keçirdi. Bununla da Sadıqov iki ildən artıq milli komandamızı çalışdıran Berti Foqtsun dövründə avtoqol edən ilk antiqəhrəman kimi tarixə düşdü. Rəşad ikinci dəfə isə son oyunda “fərqləndi”. Təcrübəli müdafiəçi Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Almaniya yığmasına səfərdə böyük hesabla uduzduğumuz oyunda sağ cinahdan ötürmənin qarşısını alarkən dizi ilə topu Kamranın qapısından keçirdi. Almaniya ilə görüş öncəsi Türkiyənin Superliqa təmsilçisi “Əskişəhərspor” klubuna keçən Rəşad yığmanın hazırkı heyətində ən çox oyun keçirən futbolçudur. 63 oyunda meydana çıxan müdafiəçinin hesabında 3 qol var.
Maraqlıdır ki, yığmamızda avtoqolları bir qayda olaraq müdafiəçilərimiz edib. Özü də ilk avtoqola sentyabrın 7-də imza atmışıq və bu uğursuz tarix yenə bizə düşərli olmadı. Yığmamız 18 illik tarixində yalnız bir dəfə rəqibin avtoqoluna sevinib. Bu, 1993-cü ilin mayın 25-də Gürcüstan yığmasına Gəncədə 1:0 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşündə reallaşıb. Həmin vaxt millimiz rəqib müdafiəçi Arçil Lobjanidzenin topu öz qapısından keçirməsi sayəsində tarixində ilk qələbəsini qazanıb.
Milli komandamızda avtoqol edən futbolçular
7 sentyabr 2002-ci il. AÇ-2004-ün seçmə mərhələ oyunu
Bakı. Azərbaycan – İtaliya 0:2
Tərlan Əhmədov, 32 – hesabı açıb.
12 oktyabr 2002-ci il. AÇ-2004-ün seçmə mərhələ oyunu
Helsinki. Finlandiya – Azərbaycan – 3:0
Emin Ağayev, 14 – hesabı açıb
14 dekabr 2003-cü il. Yoldaşlıq görüşü
Dubay. BƏƏ – Azərbaycan - 3:3
Emin Quliyev, 4 - hesabı açıb
26 mart 2005-ci il. DÇ-2006-ın seçmə mərhələ oyunu
Varşava. Polşa – Azərbaycan – 8:0
Aftandil Hacıyev, 16 - hesabı 0:2 edib
29 may 2010-cu il. Yoldaşlıq görüşü.
Bişofshofen. Makedoniya - Azərbaycan - 3:1
Rəşad Sadıqov, 66 - hesabı 0:2 edib
7 sentyabr 2010-cu il. AÇ-2012-nin seçmə mərhələ oyunu
Köln. Almaniya – Azərbaycan – 6:1
Rəşad Sadıqov, 53 – hesabı 0:4 edib
Mehman SÜLEYMANOV

0
0