Əfran İsmayılov: Onların nə edəcəyini bilmək olmur
08.09.2010 - 14:14
“Müalicəm normal davam edir. Çəliyi atmışam. Rahat yeriyirəm. İndi fizioterapevtin yanındayam. Sabah axşam Bakıya dönəcəyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
Cari mövsümün ilk turunda “Neftçi” ilə ilə oyununda zədələnən futbolçu Türkiyədə cərrahiyyə əməliyyatı olunduqdan sonra çəliklə yerisə də, artıq “köməkçi ayaqlar”a ehtiyac görmür: “Bakıya sabah gələcəyəm. 3-4 gün qaldıqdan sonra yenidən Türkiyəyə geri dönəcək və bir ay qalacağam. Həkim nəzarəti altında qaçmağa başlayacağam. İnşallah, bu prosesi uğurla başa vurduqdan sonra isə kollektiv çalışmalara qoşula bilərəm”.
Yığmanın Almaniya ilə oyununa toxunan Əfran rəqibin həqiqətən də güclü olduğunu vurğulayıb: “Oyunu izlədim. Hesab bütün suallara cavab verir. Almaniya yığması çox güclü komandadır. Futbolçuların əksəriyyəti Bundesliqada çıxış edir. Onların nə edəcəyini əvvəlcədən bilmək olmur. Bu oyunu unudub, qarşıdakı matçlara baxmalıyıq”.

- Van Qal “Ayaks”dan ayrıldı: Klub rəsmən açıqladı
- “Qalatasaray”ın türkiyəli futbolçusu Şimali Makedoniya millisini seçdi
- "Siti"dən 135 milyon avroluq transfer - RƏSMİ
- “Aston Villa”dan transfer planı: La Liqa klubunun futbolçusunu istəyir
- “Fənərbaxça”da ayrılıq ehtimalı: Bundesliqa klubları hücumçunu istəyir
0
0