Azərbaycan çempionu Gürcüstan klubuna qarşı
08.09.2010 - 14:33
Azərbaycan çempionu Gürcüstan klubuna qarşı
Futzal üzrə UEFA kubokunda ölkəmizi təmsil edəcək “Araz” iki yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, son ölkə çempionu Gürcüstanın “İberiya” komandası ilə qarşılaşacaq. Oyunlar sentyabrın 13-də və 14-də keçiriləcək. Qarşılaşmalar Bakıda baş tutacaq.

Qeyd edək ki, UEFA kubokunun bürünc mükafatçısı olan Naxçıvan təmsilçisi cari mövsümdə 3-cü qrupda “Nikars” (Latviya), City US Targu Mureş (Rumıniya) və “Sportinq” (İrlandiya) komandaları ilə qarşılaşacaq. Qrupun oyunları sentyabrın 25-dən oktyabrın 3-dək Rumıniyada keçiriləcək.