Vaqif Cavadov kuryoz qolu ilə tarixə düşdü
08.09.2010 - 15:02
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov Zaur Tağızadə və Branimir Subaşiçə çatıb. Apasport.az saytının məlumatına görə, 21 yaşlı hücumçu yığmada 6-cı qolunu vurmaqla “Neftçi”nin və yığmanın sabiq futbolçularını haqlayıb.
Üstəlik, Vaqifin Almaniya yığması ilə Avro-2012-nin seçmə mərhələsində Köln şəhərindəki oyunda vurduğu qol müzakirə mövzusuna çevrilib. Məsələ ondadır ki, onun yerinə yetirdiyi künc zərbəsindən sonra qapıya göndərdiyi top hücuma qoşulan müdafiəçi Rail Məlikov, yaxud onunla hava mübarizəsində səhvə yol verən alman qapıçı Manuel Noyerin ayağına yazıla bilərdi. Hər halda, oyunu yayımlayan Almaniya televiziyasında, həmçinin Türkiyə mətbuatında qolun müəllifi Rail göstərilib. Ancaq əsas rəsmi mənbə kimi sayılmalı olan UEFA-nın rəsmi saytında yığmamızın yeganə qolu Vaqifin hesabına yazılıb. Bununla da “Tvente”də uğursuz 9 aydan sonra vətənə dönən, bir illik “Bakı”ya icarəyə verilən Cavadov “Böyük beşlik” təmsilçilərinə qol vuran ilk futbolçumuz oldu.
İndiyə kimi İtaliya, İngiltərə, İspaniya ilə yığma, Almaniya, Fransa ilə həm yığma, həm də klub səviyyəsində görüşsək də, nəinki qələbə qazanmamış, qol da vurmamışdıq. Vaqif bu baxımdan fərqlənən ilk futbolçu oldu. Bundan əlavə, millimiz indiyə kimi sentyabrın 7-də keçirdiyi üç oyunda – Rumıniya (0:3), İtaliya (0:2), Avstriya (0:0) ilə rəsmi görüşlərdə rəqib qapısına yol tapa bilməmişdi. Cavadov bu tilsimi də qıran ilk oyunçumuz oldu.
Qeyd edək ki, 2006-cı ildə Şahin Diniyevin baş məşqçiliyi dövründə yığmamıza cəlb edilən Cavadov qolları Qırğızıstan, Çexiya, Küveytlə yoldaşlıq görüşlərində, Lixtenşteyn, Rusiya və Almaniya ilə rəsmi oyunlarda vurub. Onun millimizin bombardiri olan “Qarabağ”dakı sabiq baş məşqçisi Qurban Qurbanova çatması üçün 8 qol lazımdır.
Azərbaycan milli komandasında 5 və daha çox qol vuranlar
Mehman SÜLEYMANOV

yer | futbolçu | oyun | qol |
1 | Qurban Qurbanov | 67 | 14 |
2 | Elvin Məmmədov | 22 | 7 |
3 | Branimir Subaşiç | 26 | 6 |
4 | Vaqif Cavadov | 30 | 6 |
5 | Zaur Tağızadə | 40 | 6 |
6 | Nazim Süleymanov | 24 | 5 |
7 | Fərrux İsmayılov | 34 | 5 |
8 | Vidadi Rzayev | 38 | 5 |
9 | Vyaçeslav Lıçkin | 45 | 5 |
Mehman SÜLEYMANOV
0
0