Zaur Həşimov: O kluba doğmalığım qalmayıb
08.09.2010 - 15:16
“İnter” haqqında ətraflı məlumatım yoxdur. Premyer Liqada keçirdiyi oyunlardan heç birini izləməmişəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın müdafiəçisi Zaur Həşimov deyib.
Növbəti turda sonuncu ölkə çempionu ilə qarşılaşacaq Ağdam təmsilçisi oyunun hazırlığını yığmanın düşərgəsində olan futbolçularsız davam etdirir. Əvəzedici komandadan da oyunçular cəlb edildiyindən, “bankirlər”lə matçda baş məşqçi Qurban Qurbanovun hansı futbolçuların xidmətindən istifadə edəcəyi bilinmir. Ancaq buna baxmayaraq, Həşimov meydana həmişə olduğu kimi, qələbə qazanmaq üçün çıxacaqlarını vurğulayıb: “Əlbəttə, ancaq qələbə haqqında düşünürük. “İnter”in keçmiş komandam olmasının mənim üçün heç bir fərqi yoxdur. O kluba doğmalığım qalmayıb. Sadəcə, xatirələrim var, amma bağlılığım yoxdur. Güclü komandadır. Polşada “Lex”lə keçirdikləri oyunu izləmişdim. Səviyyəli və güclü klub olmalarına şübhəm yoxdur. Səfərdə oynadığımıza görə ən azı bir xal qazanmağa çalışacağıq”.
Qeyd edək ki, “İnter” və “Qarabağ” sentyabrın 11-də “Şəfa” stadionunda bir-birini sınağa çəkəcəklər.

0
0